• Bəsti Bağırova küç., 12 | Maryam Plaza | 3-cü mərtəbə

Audit

Müstəqil audit biznesin inkişafının əsasıdır.

Biz, əsaslı və dəqiq audit yoxlamaları aparmağa üstünlük veririk və rəyimiz öz etibarlılığı ilə seçilir.

Maliyyə hesabatlarının beynalxalq auditi həm qanunvericiliyin tələbidir, həm də sahibkarın öz müəssisəsinin maliyyə vəziyyətini aydın görə bilməsi üçün vacibdir.

Müəssisənizin fəaliyyətinin istənilən dövründə tam audit keçirərək sistemdə olan boşluqları üzə çıxarmağa kömək edirik, müəssisənin real vəziyyəti barədə dolğun rəy veririk. Məlumatlı olmağınız və inkişaf etməyiniz üçün Sizə xidmət edirik.

Müəssisənin fəaliyyəti dövründə zaman — zaman hansısa şöbənin fəaliyyətini yoxlamağa ehtiyac duyulur. Bu yerdə biz Sizə xüsusi auditi təklif edirik. Qeyd etdiyimiz istiqamətlərdə xüsusi audit xidmətindən faydalana bilərsiniz.

ünlük veririk və rəyimiz öz etibarlılığı ilə seçilir.