• Bəsti Bağırova küç., 12 | Maryam Plaza | 3-cü mərtəbə

Müəssisənin maliyyə — təsərrüfat fəaliyyətinin tam auditi

İstənilən biznes sahəsi daim hərəkət və inkişaf tələb edir. Adətən inkişafın fonunda dövriyyənin artmasına fokuslanıldığından sistemin zəif yerlərinin təhlil olunması unudulur. Bu da öz növbəsində, ən yaxşı halda daha artıq qazanc əldə edilməsinin qarşısını alır, bir çox hallarda isə müəssisənin ciddi maliyyə çətinlikləri yaşamasına gətirib çıxarır.

Müəssisənizin fəaliyyətinin istənilən dövründə tam audit keçirərək sistemdə olan boşluqları üzə çıxarmağa kömək edirik, müəssisənin real vəziyyəti barədə dolğun rəy veririk. Məlumatlı olmağınız və inkişaf etməyiniz üçün Sizə xidmət edirik.