• Bəsti Bağırova küç., 12 | Maryam Plaza | 3-cü mərtəbə

Məsləhət Xidmətləri

Maliyyə, mühasibatlıq, vergi, gömrük, hüquq sahəsində 15 il ərzində yığdığımız təcrübələrimizi böyük məmnuniyyətlə Sizinlə bölüşməyə hazırıq. Biz, qanunvericiliyə uyğun sənədləşmə işlərinizi qururuq ki, biznesinizin inkişafına maneə olmasın.

  • Mühasibat və vergi uçotu, kadr uçotu üzrə məsləhətlər.
  • Gömrük məsələləri üzrə kompleks məsləhətlər.
  • Vergi yoxlamalarında müəssisənin müşayiət edilməsi, müəssisənin mənafeyinin qorunması və münaqişələrin həll olunmasında köməklik göstərilməsi.
  • Azərbaycan Respublikası Vergi, Cinayət, Əmək və Mülki Məcəllələrin müəssisənin fəaliyyətinə və mənafeyinə aid maddələrinin izah edilməsi, konkret məsləhətlər verilməsi.
  • Müəssisənin fəaliyyətinə və mənafeyinə aid bütün hüquqi aktların ayrı-ayrı müddəalarının tətbiqi məsələlərinə dair səciyyəvi məsləhətlər verilməsi.
  • Beynəlxalq müqavilələrin hazırlanması və incələnməsi.
  • Yeni firma və ya filialın qeydiyyatı, hüquqi ünvanın tapılması, müvəqqəti direktorun təyin edilməsi, tələb olunan lisenziyaların alınması.
  • Tender sənədlərinin hazırlanması, bank zəmanətinin alınması, faktorinq xidmətinə qoşulmanın təşkili.
  • Firmaların ləğv edilməsi.