• Bəsti Bağırova küç., 12 | Maryam Plaza | 3-cü mərtəbə

İnvestisiya layihələrinin hərtərəfli təhlili

İstər xarici, istərsə də yerli investor hər hansı bir layihəyə investisiya yatırmamışdan əvvəl həmin sahənin ciddi araşdırılmasını, layihənin xərclərinin və gözlənilən gəlirlərinin təhlil olunmasını, bir sözlə layihənin uğurlu olub — olmamasını bilmək istəyir. Bununla da, investor həmin investisiya layihəsinin həyata keçirilməsində risklərin azaldılmasında maraqlıdır. Biz, investisiya layihəsinin ilkin mərhələsindən başlayaraq layihənin sonunacan Sizi müşayiət etməyə hazırıq.

İstənilən sahə üzrə yerli bazarın araşdırılması.

 

Yeni layihələr üzrə biznes planın hazırlanması.

 

Səmərəli kredit resurslarının çıxışın axtarılması.

 

Tikinti sahəsində müstəqil mühəndis xidmətlərinin təşkili.

 

Torpaq idarəçiliyinin, geodeziya və kadastr işlərinin təşkili.

 

Vergi, gömrük və hüquq sahəsində məsləhətlər.