2016 - cı ildən etibarən Azərbaycan Respublikası Auditorlar Palatasının üzvüyük və Palata tərəfindən verilmiş AT/120 nömrəli icazə əsasında fəaliyyət göstəririk. Yüksək ixtisaslı mütəxəssislərdən formalaşmış komandamızın hər bir üzvü Sizə ən yüksək peşəkarlıqla xidmət göstərməyə hazırdır.
Əsas missiyamız, öz fəaliyyətimizlə Sizin işinizin inkişafına töhfə verməkdir. Belə ki, auditin istənilən növü, iş prosesinin real vəziyyəti barədə dəqiq rəy verməyə qulluq edir.
Məqsədimiz, yerli audit bazarına yeni xidmət növləri gətirmək, həmin xidmət növlərini həyata keçirəcək yerli əməkdaşlar yetişdirmək, audit sahəsini Azərbaycanda inkişaf etdirməkdir.
Öz məxfilik prinsiplərimizə arxalanaraq Sizin etibarınızı qazanmağa çalışırıq.
Biznesdə daha uğurlu inkşafınız üçün Sizə müxtəlif xidmətlər təklif edirik.
Vergi uçotu mühasibat uçotunun tərkib hissəsi olsa da, xüsusi yanaşma tələb edir. Belə ki, uçot zamanı xərc maddələrinə və sənədlərinə düzgün yanaşma olmadığı təqdirdə vergi məcəlləsinin tələblərindən artıq vergi hesablamaları yaranır.
Xarici firmalarla idxal və ya ixrac üzrə müqavilələr hazırlanmamışdan əvvəl bütün gömrük məsələləri dəqiqləşdirilməlidir. Biz Sizə, zamanında və dolğun xidmət təklif edirik.
Kadr siyasətinin və uçotunun olmaması müəssisənin inkişafını ləngitməklə yanaşı, qanunla cərimələrə və itkilərə gətirib çıxarır. Bu sahədə də mütəxəssislərimiz Sizin yanınızdadırlar.