İstənilən biznes sahəsi daim hərəkət və inkişaf tələb edir. Adətən inkişafın fonunda dövriyyənin artmasına fokuslanıldığından sistemin zəif yerlərinin təhlil olunması unudulur. Bu da öz növbəsində, ən yaxşı halda daha artıq qazanc əldə edilməsinin qarşısını alır, bir çox hallarda isə müəssisənin ciddi maliyyə çətinlikləri yaşamasına gətirib çıxarır.