• Bəsti Bağırova küç., 12 | Maryam Plaza | 3-cü mərtəbə

Xidmətlər

Müstəqil audit biznesin inkişafının əsasıdır. Biz, əsaslı və dəqiq audit yoxlamaları aparmağa üstünlük veririk və rəyimiz öz etibarlılığı ilə seçilir.

Maliyyə, mühasibatlıq, vergi, gömrük, hüquq sahəsində 15 il ərzində yığdığımız təcrübələrimizi böyük məmnuniyyətlə Sizinlə bölüşməyə hazırıq.

Mühasibat uçotunun dəqiq, düzgün və səffaf qurulması böyüklüyündən asılı olmayaraq bütün biznes sahələri üçün vacibdir. Belə ki, mühasibat uçotu istənilən biznesin təməlidir. Təcrübəli əməkdaşlarımız biznesinizin təməlini möhkəmlətməkdə Sizə köməklik göstərməyə hazırdılar.

Vergi uçotu mühasibat uçotunun tərkib hissəsi olsa da, xüsusi yanaşma tələb edir. Belə ki, uçot zamanı xərc maddələrinə və sənədlərinə düzgün yanaşma olmadığı təqdirdə vergi məcəlləsinin tələblərindən artıq vergi hesablamaları yaranır.

Xarici firmalarla idxal və ya ixrac üzrə müqavilələr hazırlanmamışdan əvvəl bütün gömrük məsələləri dəqiqləşdirilməlidir. Biz Sizə, zamanında və dolğun xidmət təklif edirik.

Kadr siyasətinin və uçotunun olmaması müəssisənin inkişafını ləngitməklə yanaşı, qanunla cərimələrə və itkilərə gətirib çıxarır. Bu sahədə də mütəxəssislərimiz Sizin yanınızdadırlar.

Mükəmməl sənədləşmə və sistemlər qurulmasına ehtiyac duyulan biznes sahələrindən biri də tikinti biznesidir. Burada da biz Sizə yüksək keyfiyyətli xidmətlər təklif edirik.

Hər bir biznes sahəsi müəyyən inkişaf mərhələsi keçdikdən sonra sistemli idarəetməyə ehtiyac duyur. Burada da biz Sizin yanınızdayıq.

Bu xidmət — mal qalıqları və əsas vəsaitlərin sayılması, kodlaşdırılaraq qruplaşdırılması, uçotunun qurulması, nəzarət sisteminin qurulması, bar – code və ya QR code sisteminin qurulması işlərini özündə cəmləyir.

İstər xarici, istərsə də yerli investor hər hansı bir layihəyə investisiya yatırmamışdan əvvəl həmin sahənin ciddi araşdırılmasını, layihənin xərclərinin və gözlənilən gəlirlərinin təhlil olunmasını, bir sözlə layihənin uğurlu olub — olmamasını bilmək istəyir.