Maliyyə, mühasibatlıq, vergi, gömrük, hüquq sahəsində 15 il ərzində yığdığımız təcrübələrimizi böyük məmnuniyyətlə Sizinlə bölüşməyə hazırıq. Biz, qanunvericiliyə uyğun sənədləşmə işlərinizi qururuq ki, biznesinizin inkişafına maneə olmasın.
Mühasibat və vergi uçotu, kadr uçotu üzrə məsləhətlər.
Gömrük məsələləri üzrə kompleks məsləhətlər.
Vergi yoxlamalarında müəssisənin müşayiət edilməsi, müəssisənin mənafeyinin qorunması və münaqişələrin həll olunmasında köməklik göstərilməsi.
Azərbaycan Respublikası Vergi, Cinayət, Əmək və Mülki Məcəllələrin müəssisənin fəaliyyətinə və mənafeyinə aid maddələrinin izah edilməsi, konkret məsləhətlər verilməsi.
Müəssisənin fəaliyyətinə və mənafeyinə aid bütün hüquqi aktların ayrı-ayrı müddəalarının tətbiqi məsələlərinə dair səciyyəvi məsləhətlər verilməsi.
Beynəlxalq müqavilələrin hazırlanması və incələnməsi.
Yeni firma və ya filialın qeydiyyatı, hüquqi ünvanın tapılması, müvəqqəti direktorun təyin edilməsi, tələb olunan lisenziyaların alınması.
Tender sənədlərinin hazırlanması, bank zəmanətinin alınması, faktorinq xidmətinə qoşulmanın təşkili.