Maliyyə hesabatlarının beynalxalq auditi həm qanunvericiliyin tələbidir, həm də sahibkarın öz müəssisəsinin maliyyə vəziyyətini aydın görə bilməsi üçün vacibdir. Biz, müəssisənizin maliyyə məlumatlarını təhlil edərək beynəlxalq standartlara uyğun maliyyə hesabatları tərtib edərək rəy veririk, bu da Sizi müəssisənizin vəziyyətindən hali etməklə yanaşı, auditdən keçməməyə görə qanunvericilikdə nəzərdə tutulmuş cərimələrdən qoruyur.
Vergi uçotunun auditi, gəlir və xərclərin uçotunun qanunvericiliyə uyğunluğunun, bəyannamələrin dəqiq hazırlanmasının, vergi ödənişlərinin düzgün olunub — olunmamasının təhlilini nəzərdə tutur. Audit çərçivəsində aşkarlanmış nöqsanların qanunvericiliyə uyğun olaraq aradan qaldırılmasında Sizə kömək edirik.